İman, İslam və qədərin bəyanı və Qiyamət saatı haqda
حَدَّثَنِى مُحَمَّدُ بْنُ عُبَيْدٍ الْغُبَرِىُّ وَأَبُو كَامِلٍ الْجَحْدَرِىُّ وَأَحْمَدُ بْنُ عَبْدَةَ قَالُوا حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ مَطَرٍ الْوَرَّاقِ عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ عَنْ يَحْيَى بْنِ يَعْمَرَ قَالَ لَمَّا تَكَلَّمَ مَعْبَدٌ بِمَا تَكَلَّمَ بِهِ فِى شَأْنِ الْقَدَرِ أَنْكَرْنَا ذَلِكَ. قَالَ فَحَجَجْتُ أَنَا وَحُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْحِمْيَرِىُّ حِجَّةً. وَسَاقُوا الْحَدِيثَ بِمَعْنَى حَدِيثِ كَهْمَسٍ وَإِسْنَادِهِ. وَفِيهِ بَعْضُ زِيَادَةٍ وَنُقْصَانُ أَحْرُفٍ.
“Rəvayət edilir ki, Yəhya ibn Yamər ﵀ demişdir: “Məbəd qəza və qədər mövzusunda əsassız şeylər danışdığı vaxt biz bunu inkar etdik. Sonra mən və Humeyd ibn Abdur-Rahmən əl-Himyəri həcc ziyarətinə getdik...”. Rəvayətçilər bu hədisi yuxarıda keçən Kəhməsin hədisinə yaxın mənada, həm də onun istinad etdiyi isnadla rəvayət etmişlər. Hədisdə bəzi hərf və söz əlavələri və naqislikləri var.”
İstinad
Muslim, 103 (İman, 2)
Səhih Muslim — İman kitabı