İman kitabı

İman və onun xüsusiyyətlərinin izahı

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنِ ابْنِ عُلَيَّةَ قَالَ زُهَيْرٌ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِى حَيَّانَ عَنْ أَبِى زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا بَارِزًا لِلنَّاسِ فَأَتَاهُ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِيمَانُ قَالَ « أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكِتَابِهِ وَلِقَائِهِ وَرُسُلِهِ وَتُؤْمِنَ بِالْبَعْثِ الآخِرِ ». قَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِسْلاَمُ قَالَ « الإِسْلاَمُ أَنْ تَعْبُدَ اللَّهَ وَلاَ تُشْرِكَ بِهِ شَيْئًا وَتُقِيمَ الصَّلاَةَ الْمَكْتُوبَةَ وَتُؤَدِّىَ الزَّكَاةَ الْمَفْرُوضَةَ وَتَصُومَ رَمَضَانَ ». قَالَ يَا رَسُولَ اللَّهِ مَا الإِحْسَانُ قَالَ « أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ فَإِنَّكَ إِنْ لاَ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ ». قَالَ يَا رَسُولَ اللَّهِ مَتَى السَّاعَةُ قَالَ « مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ وَلَكِنْ سَأُحَدِّثُكَ عَنْ أَشْرَاطِهَا إِذَا وَلَدَتِ الأَمَةُ رَبَّهَا فَذَاكَ مِنْ أَشْرَاطِهَا وَإِذَا كَانَتِ الْعُرَاةُ الْحُفَاةُ رُءُوسَ النَّاسِ فَذَاكَ مِنْ أَشْرَاطِهَا وَإِذَا تَطَاوَلَ رِعَاءُ الْبَهْمِ فِى الْبُنْيَانِ فَذَاكَ مِنْ أَشْرَاطِهَا فِى خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ ». ثُمَّ تَلاَ { إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِى الأَرْحَامِ وَمَا تَدْرِى نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِى نَفْسٌ بِأَىِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ } ». قَالَ ثُمَّ أَدْبَرَ الرَّجُلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « رُدُّوا عَلَىَّ الرَّجُلَ ». فَأَخَذُوا لِيَرُدُّوهُ فَلَمْ يَرَوْا شَيْئًا. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَذَا جِبْرِيلُ جَاءَ لِيُعَلِّمَ النَّاسَ دِينَهُمْ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ camaatın arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib soruşdu: “Ey Allahın Elçisi, iman nədir?” Allah Elçisi ﷺ buyurdu: “İman budur, Allaha, Onun mələklərinə, Onun Kitabına, Onunla qarşılaşacağına və Onun elçilərinə iman gətirəsən, həmçinin öldükdən sonra diriləcəyinə inanasan”. Adam soruşdu: “Ey Allahın Elçisi, bəs İslam nədir?” Allah Elçisi ﷺ buyurdu: “İslam budur, Allaha ibadət edib heç bir şeyi Ona şərik qoşmayasan, fərz (vacib) buyurulmuş namazları qılasan, vacib buyurulmuş zəkatı verəsən və Ramazan ayını oruc tutasan”. O yenə soruşdu: “Ey Allahın Elçisi, onda bəs ehsan nədir?” Allah Elçisi ﷺ buyurdu: “Ehsan budur, Allaha, sanki, Onu görürmüşsən kimi ibadət edəsən, sən Onu görməsən də, bil ki, O, səni görür”. O soruşdu: “Ey Allahın Elçisi, Qiyamət nə vaxt olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir, lakin onun əlamətlərini sənə xəbər verəcəyəm: cariyənin öz ağasını dünyaya gətirməsi Qiyamətin əlamətlərindəndir. Həmçinin çılpaq, ayaqyalın (səfillərin) insanlara rəhbərlik etməsi Qiyamətin əlamətlərindəndir. Qoyun otaran çobanların hündür binalar tikməkdə bir-biri ilə yarışması Qiyamətin əlamətlərindəndir. Qiyamət saatı yalnız Allahın bildiyi beş şeydən biridir”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Həqiqətən, Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı istədiyi vaxt göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə qazanacağını bilməz. Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, hər şeyi Biləndir, hər şeydən Xəbərdardır!” (Loğman, 34). Sonra o adam çevrilib getdi. Allah Elçisi ﷺ buyurdu: “O adamı geri qaytarın!” Səhabələr onun dalınca getdilər, lakin ondan bir əsər-əlamət görmədilər. Onda Allah Elçisi ﷺ buyurdu: “Bu, Cəbrail idi. İnsanlara dinlərini öyrətməyə gəlmişdi”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 106 (İman, 5)

Səhih Muslim — İman kitabı