Cənnətə aparan imanın, həmçinin əmr olunan şeylərdən möhkəm yapışan kəsin Cənnətə girəcəyinin bəyanı
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ حَدَّثَنَا مُوسَى بْنُ طَلْحَةَ قَالَ حَدَّثَنِى أَبُو أَيُّوبَ أَنَّ أَعْرَابِيًّا عَرَضَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى سَفَرٍ. فَأَخَذَ بِخِطَامِ نَاقَتِهِ أَوْ بِزِمَامِهَا ثُمَّ قَالَ يَا رَسُولَ اللَّهِ - أَوْ يَا مُحَمَّدُ - أَخْبِرْنِى بِمَا يُقَرِّبُنِى مِنَ الْجَنَّةِ وَمَا يُبَاعِدُنِى مِنَ النَّارِ. قَالَ فَكَفَّ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ نَظَرَ فِى أَصْحَابِهِ ثُمَّ قَالَ « لَقَدْ وُفِّقَ - أَوْ لَقَدْ هُدِىَ - قَالَ كَيْفَ قُلْتَ ». قَالَ فَأَعَادَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « تَعْبُدُ اللَّهَ لاَ تُشْرِكُ بِهِ شَيْئًا وَتُقِيمُ الصَّلاَةَ وَتُؤْتِى الزَّكَاةَ وَتَصِلُ الرَّحِمَ دَعِ النَّاقَةَ ».
“Əbu Əyyub ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səfərdə ikən bir bədəvi onun qarşısına çıxdı və onun dəvəsinin ovsarından tutub dedi: “Ey Allahın Elçisi, (və ya “ey Muhəmməd”), məni Cənnətə yaxınlaşdıracaq və oddan uzaqlaşdıracaq şey barədə mənə xəbər ver”. Peyğəmbər ﷺ bir az susdu, sonra səhabələrinə tərəf göz gəzdirərək buyurdu: “Haqqa yönəldildi, (yaxud hidayətə qovuşduruldu)”. Sonra həmin adama dedi: “Necə dedin?” Adam sualını təkrar etdikdən sonra Peyğəmbər ﷺ buyurdu: “Bunun üçün gərək Allaha ibadət edəsən və heç bir şeyi Ona şərik qoşmayasan, namaz qılasan, zəkat verəsən və qohum-əqrəba ilə əlaqə saxlayasan! İndi isə dəvənin ovsarını burax”.”
İstinad
Muslim, 113 (İman, 12)
Səhih Muslim — İman kitabı