İnsanlar: “Lə iləhə illəllah, Muhəmmədun Rasulullah” deyincəyə qədər onlara qarşı vuruşmağın əmr edilməsi
حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ الضَّبِّىُّ أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى الدَّرَاوَرْدِىَّ - عَنِ الْعَلاَءِ ح وَحَدَّثَنَا أُمَيَّةُ بْنُ بِسْطَامَ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنَا رَوْحٌ عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْقُوبَ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَيُؤْمِنُوا بِى وَبِمَا جِئْتُ بِهِ فَإِذَا فَعَلُوا ذَلِكَ عَصَمُوا مِنِّى دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ إِلاَّ بِحَقِّهَا وَحِسَابُهُمْ عَلَى اللَّهِ ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar Allahdan başqa ibadətə layiq məbudun olmadığına şahidlik etməyincə, üstəlik mənə və mənim təbliğ etdiyimə iman gətirməyincə onlarla vuruşmaq mənə əmr edildi. Əgər buna əməl etsələr – İslam haqqı istisna olmaqla – canlarını və mallarını məndən qorumuş olarlar. Onların (gizli saxladıqlarının) haqq-hesabı isə Allaha aiddir”.”
İstinad
Muslim, 135 (İman, 34)
Səhih Muslim — İman kitabı