İman kitabı

İnsanlar: “Lə iləhə illəllah, Muhəmmədun Rasulullah” deyincəyə qədər onlara qarşı vuruşmağın əmr edilməsi

وَحَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ وَابْنُ أَبِى عُمَرَ قَالاَ حَدَّثَنَا مَرْوَانُ - يَعْنِيَانِ الْفَزَارِىَّ - عَنْ أَبِى مَالِكٍ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَكَفَرَ بِمَا يُعْبَدُ مِنْ دُونِ اللَّهِ حَرُمَ مَالُهُ وَدَمُهُ وَحِسَابُهُ عَلَى اللَّهِ ».

“Əbu Malik atasının (Tariq ibn Əşyəmin) ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim “lə iləhə illəllah” deyər və Allahdan qeyrisinə ibadət etməyi inkar edərsə, onun malı və canı toxunulmaz olar. (Gizli əməllərinin) haqq-hesabı isə Allaha aiddir”.”

Əbu Malik atasından
Səhih

İstinad

Muslim, 139 (İman, 38)

Səhih Muslim — İman kitabı