İmanın şöbələri
حَدَّثَنَا يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ إِسْحَاقَ - وَهُوَ ابْنُ سُوَيْدٍ - أَنَّ أَبَا قَتَادَةَ حَدَّثَ قَالَ كُنَّا عِنْدَ عِمْرَانَ بْنِ حُصَيْنٍ فِى رَهْطٍ مِنَّا وَفِينَا بُشَيْرُ بْنُ كَعْبٍ فَحَدَّثَنَا عِمْرَانُ يَوْمَئِذٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « الْحَيَاءُ خَيْرٌ كُلُّهُ ». قَالَ أَوْ قَالَ « الْحَيَاءُ كُلُّهُ خَيْرٌ ». فَقَالَ بُشَيْرُ بْنُ كَعْبٍ إِنَّا لَنَجِدُ فِى بَعْضِ الْكُتُبِ أَوِ الْحِكْمَةِ أَنَّ مِنْهُ سَكِينَةً وَوَقَارًا لِلَّهِ وَمِنْهُ ضَعْفٌ. قَالَ فَغَضِبَ عِمْرَانُ حَتَّى احْمَرَّتَا عَيْنَاهُ وَقَالَ أَلاَ أُرَانِى أُحَدِّثُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتُعَارِضُ فِيهِ. قَالَ فَأَعَادَ عِمْرَانُ الْحَدِيثَ قَالَ فَأَعَادَ بُشَيْرٌ فَغَضِبَ عِمْرَانُ قَالَ فَمَا زِلْنَا نَقُولُ فِيهِ إِنَّهُ مِنَّا يَا أَبَا نُجَيْدٍ إِنَّهُ لاَ بَأْسَ بِهِ.
“Rəvayət edilir ki, Əbu Qatədə ﵀ demişdir: “Biz öz camaatımızdan olan bir dəstə adamla birlikdə İmran ibn Husaynın yanında idik. Buşeyr ibn Kəb də aramızda idi. O gün İmran bizə bir hədis danışdı və dedi: “Peyğəmbər ﷺ: “Həya bütövlükdə xeyirdir” və ya: “Həyanın hamısı xeyirdir”, – demişdir. Buşeyr ibn Kəb (buna öz etirazını bildirib) dedi: “Biz bəzi kitablarda və ya hikmətdə bunun bir qisiminin sükunət, bir qisiminin də Allah üçün vüqar olduğunu görürük, bunda zəiflik var”. Bunu eşidəndə İmran qəzəbləndi, hətta gözləri qıpqırmızı oldu və dedi: “Mən sənə Peyğəmbərdən ﷺ hədis danışıram, sən isə buna etiraz edirsən?!” Sonra İmran bu hədisi təkrar danışdı, Buşeyr isə yenə öz bildiyini dedi. İmran yenə qəzəbləndi. Biz isə Buşeyr haqqında: “O bizdəndir, ey Əbu Nəcid! O, elə də pis adam deyil”, - deyirdik”.”
İstinad
Muslim, 166 (İman, 65)
Səhih Muslim — İman kitabı