Allahın Elçisini ﷺ zövcədən, övladdan, valideyndən və bütün insanlardan daha çox sevməyin vacibliyi və onu bu sevgi ilə sevməyən kəsə onun imansız olduğunun isnad edilməsi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ يُحَدِّثُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَلَدِهِ وَوَالِدِهِ وَالنَّاسِ أَجْمَعِينَ ».
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz məni övladından, valideynindən və bütün insanlardan çox sevməyənə qədər iman gətirmiş olmaz”.”
İstinad
Muslim, 178 (İman, 77)
Səhih Muslim — İman kitabı