Qonşuya və qonağa qayğı göstərməyə həvəsləndirmək, xeyir söyləmək istisna olmaqla susmağın vacib olması və bütün bunların imandan olması
حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَصْمُتْ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلْيُكْرِمْ جَارَهُ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun. Kim Allaha və Axirət gününə inanırsa, qonşusuna qayğı göstərsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın”.”
İstinad
Muslim, 182 (İman, 81)
Səhih Muslim — İman kitabı