İman kitabı

Pis işləri qadağan etməyin imandan olmasının, imanın artıb azalmasının, həmçinin yaxşı işləri əmr etməyin və pis işlərdən çəkindirməyin vacib olmasının bəyanı

حَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَأَبُو بَكْرِ بْنُ النَّضْرِ وَعَبْدُ بْنُ حُمَيْدٍ - وَاللَّفْظُ لِعَبْدٍ - قَالُوا حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ صَالِحِ بْنِ كَيْسَانَ عَنِ الْحَارِثِ عَنْ جَعْفَرِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْمِسْوَرِ عَنْ أَبِى رَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَا مِنْ نَبِىٍّ بَعَثَهُ اللَّهُ فِى أُمَّةٍ قَبْلِى إِلاَّ كَانَ لَهُ مِنْ أُمَّتِهِ حَوَارِيُّونَ وَأَصْحَابٌ يَأْخُذُونَ بِسُنَّتِهِ وَيَقْتَدُونَ بِأَمْرِهِ ثُمَّ إِنَّهَا تَخْلُفُ مِنْ بَعْدِهِمْ خُلُوفٌ يَقُولُونَ مَا لاَ يَفْعَلُونَ وَيَفْعَلُونَ مَا لاَ يُؤْمَرُونَ فَمَنْ جَاهَدَهُمْ بِيَدِهِ فَهُوَ مُؤْمِنٌ وَمَنْ جَاهَدَهُمْ بِلِسَانِهِ فَهُوَ مُؤْمِنٌ وَمَنْ جَاهَدَهُمْ بِقَلْبِهِ فَهُوَ مُؤْمِنٌ وَلَيْسَ وَرَاءَ ذَلِكَ مِنَ الإِيمَانِ حَبَّةُ خَرْدَلٍ ». قَالَ أَبُو رَافِعٍ فَحَدَّثْتُهُ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ فَأَنْكَرَهُ عَلَىَّ فَقَدِمَ ابْنُ مَسْعُودٍ فَنَزَلَ بِقَنَاةَ فَاسْتَتْبَعَنِى إِلَيْهِ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ يَعُودُهُ فَانْطَلَقْتُ مَعَهُ فَلَمَّا جَلَسْنَا سَأَلْتُ ابْنَ مَسْعُودٍ عَنْ هَذَا الْحَدِيثِ فَحَدَّثَنِيهِ كَمَا حَدَّثْتُهُ ابْنَ عُمَرَ. قَالَ صَالِحٌ وَقَدْ تُحُدِّثَ بِنَحْوِ ذَلِكَ عَنْ أَبِى رَافِعٍ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın məndən əvvəlki ümmətlərə göndərdiyi hər bir peyğəmbərin öz ümmətindən onun sünnəsinə sarılan və əmrlərinə uyan ən yaxın həvariləri və səhabələri olmuşdur. Onların ardından isə etməyəcəkləri şeyləri danışan və əmr olunmadıqları işləri görən xələflər gəlmişdir. Kim bunlarla əli ilə mübarizə apararsa, mömindir. Kim onlarla dili ilə mübarizə apararsa, o da mömindir. Kim onlara qəlbi ilə nifrət edərsə, o da mömindir. Ancaq bundan o yana imandan bir xardal dənəsi belə yoxdur”. Ravi Əbu Rafi dedi: “Mən bu hədisi Abdullah ibn Ömərə danışdım, lakin o bunu mənə qadağan etdi. Çox keçmədən İbn Məsud Mədinəyə gəldi və Qanət vadisində dayandı. Abdullah ibn Ömər onu ziyarət etməyə getdikdə məni də özü ilə aparmaq istədi, mən də onunla getdim. Biz orada oturduğumuz zaman mən İbn Məsuddan bu hədis barədə soruşdum, o da hədisi mənə mənim İbn Ömərə danışdığım kimi danışdı”. Ravi Saleh ibn Qeys deyir: “Əbu Rafidən bu cür rəvayət edilmişdir”.”

Abdullah ibn Məsud
Səhih

İstinad

Muslim, 188 (İman, 87)

Səhih Muslim — İman kitabı