İman kitabı

Möminlərin imanda bir-birindən üstün olması və Yəmən əhlinin daha imanlı olması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا ابْنُ إِدْرِيسَ كُلُّهُمْ عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِى خَالِدٍ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا مُعْتَمِرٌ عَنْ إِسْمَاعِيلَ قَالَ سَمِعْتُ قَيْسًا يَرْوِى عَنْ أَبِى مَسْعُودٍ قَالَ أَشَارَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ نَحْوَ الْيَمَنِ فَقَالَ « أَلاَ إِنَّ الإِيمَانَ هَا هُنَا وَإِنَّ الْقَسْوَةَ وَغِلَظَ الْقُلُوبِ فِى الْفَدَّادِينَ عِنْدَ أُصُولِ أَذْنَابِ الإِبِلِ حَيْثُ يَطْلُعُ قَرْنَا الشَّيْطَانِ فِى رَبِيعَةَ وَمُضَرَ ».

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ əli ilə Yəmənə tərəf işarə edib dedi: “Bilin, həqiqətən, iman, bax, oradadır. Daşqəlblilik və qabalıq isə kobud danışığı ilə seçilən, dəvələrin quyruğundan yapışmış bədəvilərə aiddir. (Bu xüsusiyyətlər) şeytanın iki buynuzu çıxan yerdə – Rabia və Mudar qəbilələrində özünü büruzə verir”.”

Əbu Məsud
Səhih

İstinad

Muslim, 190 (İman, 89)

Səhih Muslim — İman kitabı