Möminlərin imanda bir-birindən üstün olması və Yəmən əhlinin daha imanlı olması
وَحَدَّثَنِى يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ عَنْ إِسْمَاعِيلَ بْنِ جَعْفَرٍ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ - قَالَ أَخْبَرَنِى الْعَلاَءُ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الإِيمَانُ يَمَانٍ وَالْكُفْرُ قِبَلَ الْمَشْرِقِ وَالسَّكِينَةُ فِى أَهْلِ الْغَنَمِ وَالْفَخْرُ وَالرِّيَاءُ فِى الْفَدَّادِينَ أَهْلِ الْخَيْلِ وَالْوَبَرِ ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İman Yəmənə aiddir. Küfr şərq tərəfdədir. Qoyun sürüsünə sahib olan kəslər dinc adam olurlar. Lovğalıq və riyakarlıq isə at ilxısına və dəvə sürüsünə sahib olan kəslərdə, kobud danışığı ilə seçilən bədəvilərdə özünü büruzə verir”.”
İstinad
Muslim, 195 (İman, 94)
Səhih Muslim — İman kitabı