Möminlərin imanda bir-birindən üstün olması və Yəmən əhlinin daha imanlı olması
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ أَخْبَرَنَا أَبُو الْيَمَانِ عَنْ شُعَيْبٍ عَنِ الزُّهْرِىِّ حَدَّثَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « جَاءَ أَهْلُ الْيَمَنِ هُمْ أَرَقُّ أَفْئِدَةً وَأَضْعَفُ قُلُوبًا الإِيمَانُ يَمَانٍ وَالْحِكْمَةُ يَمَانِيَةٌ السَّكِينَةُ فِى أَهْلِ الْغَنَمِ وَالْفَخْرُ وَالْخُيَلاَءُ فِى الْفَدَّادِينَ أَهْلِ الْوَبَرِ قِبَلَ مَطْلِعِ الشَّمْسِ ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Yəmən əhli gəlmişdir. Onlar ən incə ürəkli və ən yumşaq qəlbli olanlardır. İman Yəmənə mənsubdur, hikmət də Yəmənə mənsubdur. Qoyun sürüsünə sahib olan kimsələr dinc adam olurlar. Lovğalıq və təkəbbürlük isə dəvə sürüsünə sahib olan kimsələrdə, kobud danışığı ilə seçilən bədəvilərdə, şərq tərəfdə özünü büruzə verir”.”
İstinad
Muslim, 198 (İman, 97)
Səhih Muslim — İman kitabı