İman kitabı

Dinin nəsihət (səmimiyyət) olmasının bəyanı

حَدَّثَنَا سُرَيْجُ بْنُ يُونُسَ وَيَعْقُوبُ الدَّوْرَقِىُّ قَالاَ حَدَّثَنَا هُشَيْمٌ عَنْ سَيَّارٍ عَنِ الشَّعْبِىِّ عَنْ جَرِيرٍ قَالَ بَايَعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فَلَقَّنَنِى « فِيمَا اسْتَطَعْتَ ». وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ. قَالَ يَعْقُوبُ فِى رِوَايَتِهِ قَالَ حَدَّثَنَا سَيَّارٌ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Mən dinləyib itaət edəcəyimə və hər bir müsəlmana nəsihət edəcəyimə dair Peyğəmbərə ﷺ beyət etdim. O da: “Bacardığın işlərdə”, – deyə mənə nəsihət etdi”. Ravi Yaqub öz rəvayətində demişdir: “Bu hədisi bizə Səyyar rəvayət etmişdir”.”

Cərir
Səhih

İstinad

Muslim, 210 (İman, 109)

Səhih Muslim — İman kitabı