Bilərəkdən öz atasından imtina edənin imanının nə dərəcədə olduğunun bəyanı
وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ حَدَّثَنَا أَبِى حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ عَنِ ابْنِ بُرَيْدَةَ عَنْ يَحْيَى بْنِ يَعْمَرَ أَنَّ أَبَا الأَسْوَدِ حَدَّثَهُ عَنْ أَبِى ذَرٍّ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لَيْسَ مِنْ رَجُلٍ ادَّعَى لِغَيْرِ أَبِيهِ وَهُوَ يَعْلَمُهُ إِلاَّ كَفَرَ وَمَنِ ادَّعَى مَا لَيْسَ لَهُ فَلَيْسَ مِنَّا وَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ وَمَنْ دَعَا رَجُلاً بِالْكُفْرِ أَوْ قَالَ عَدُوَّ اللَّهِ. وَلَيْسَ كَذَلِكَ إِلاَّ حَارَ عَلَيْهِ ».
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Kim bilərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edərsə, küfr etmiş olar. Kim sahibi olmadığı bir şeyin (özünün olduğunu) iddia etsə, o bizdən deyil və həmin adam oddan oturacağı yerə hazırlaşsın. Kim bir adamı: “Ey kafir!”, yaxud “Ey Allahın düşməni” deyə çağırarsa, əgər belə deyilsə, bunun günahı onun özünə qayıdar”.”
İstinad
Muslim, 226 (İman, 125)
Səhih Muslim — İman kitabı