İman kitabı

Ənsarı və Əlini ﵃ sevməyin imandan və iman əlamətlərindən, onlara nifrət etməyin isə nifaqın əlamətlərindən olmasının dəlilləri

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ وَأَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ عَدِىِّ بْنِ ثَابِتٍ عَنْ زِرٍّ قَالَ قَالَ عَلِىٌّ وَالَّذِى فَلَقَ الْحَبَّةَ وَبَرَأَ النَّسَمَةَ إِنَّهُ لَعَهْدُ النَّبِىِّ الأُمِّىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَىَّ أَنْ لاَ يُحِبَّنِى إِلاَّ مُؤْمِنٌ وَلاَ يُبْغِضَنِى إِلاَّ مُنَافِقٌ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Toxumu çatladıb cücərdən və insanı yaradan Allaha and olsun ki, yazıb-oxumağı bacarmayan Peyğəmbər ﷺ mənə söz vermişdir ki, məni yalnız mömin sevər və mənə yalnız münafiq nifrət edər”.”

Əli
Səhih

İstinad

Muslim, 249 (İman, 148)

Səhih Muslim — İman kitabı