İman kitabı

Kim Allaha şərik qoşmayıb ölərsə, Cənnətə girər. Kim də Allaha şərik qoşduğu halda ölərsə, Cəhənnəmə girər

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرٍ قَالَ أَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ مَا الْمُوجِبَتَانِ فَقَالَ « مَنْ مَاتَ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ وَمَنْ مَاتَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ النَّارَ ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, Cənnətə və Cəhənnəmə girməyi vacib edən iki şey nədir?” Peyğəmbər ﷺ buyurdu: “Kim Allaha şərik qoşmayıb ölərsə, Cənnətə daxil olar. Kim də Allaha şərik qoşub ölərsə, Cəhənnəmə girər”.”

Cabir
Səhih

İstinad

Muslim, 279 (İman, 178)

Səhih Muslim — İman kitabı