İman kitabı

Paltarın ətəyini topuqdan aşağı buraxmağın, verilən şeyi başa qaxmağın, satdığı malı and içib sırımağın, həmçinin Allahın Qiyamət günü danışdırmayacağı, üzlərinə baxmayacağı, təmizə çıxarmayacağı, üstəlik üzücü bir əzaba düçar edəcəyi üç qisim insanın bəyanı

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالُوا حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ عَنْ شُعْبَةَ عَنْ عَلِىِّ بْنِ مُدْرِكٍ عَنْ أَبِى زُرْعَةَ عَنْ خَرَشَةَ بْنِ الْحُرِّ عَنْ أَبِى ذَرٍّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلاَ يَنْظُرُ إِلَيْهِمْ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ » قَالَ فَقَرَأَهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثَ مِرَارٍ. قَالَ أَبُو ذَرٍّ خَابُوا وَخَسِرُوا مَنْ هُمْ يَا رَسُولَ اللَّهِ قَالَ « الْمُسْبِلُ وَالْمَنَّانُ وَالْمُنَفِّقُ سِلْعَتَهُ بِالْحَلِفِ الْكَاذِبِ ».

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç qisim insan var ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Üstəlik, onları üzücü bir əzab gözləyir”. Əbu Zərr dedi: “Allah Elçisi ﷺ buna dəlalət edən ayəni üç dəfə oxudu. Mən dedim: “Onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Onlar kimlərdir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “(Paltarının) ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını satan”.”

Əbu Zərr
Səhih

İstinad

Muslim, 306 (İman, 205)

Səhih Muslim — İman kitabı