Paltarın ətəyini topuqdan aşağı buraxmağın, verilən şeyi başa qaxmağın, satdığı malı and içib sırımağın, həmçinin Allahın Qiyamət günü danışdırmayacağı, üzlərinə baxmayacağı, təmizə çıxarmayacağı, üstəlik üzücü bir əzaba düçar edəcəyi üç qisim insanın bəyanı
وَحَدَّثَنِى عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ - قَالَ أُرَاهُ مَرْفُوعًا - قَالَ « ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ وَلاَ يَنْظُرُ إِلَيْهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ رَجُلٌ حَلَفَ عَلَى يَمِينٍ بَعْدَ صَلاَةِ الْعَصْرِ عَلَى مَالِ مُسْلِمٍ فَاقْتَطَعَهُ ». وَبَاقِى حَدِيثِهِ نَحْوُ حَدِيثِ الأَعْمَشِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Peyğəmbərə ﷺ istinad edərək belə buyurdu: “Üç qisim insan var ki, Allah onları danışdırmayacaq və onların üzünə baxmayacaqdır. Üstəlik, onları üzücü bir əzab gözləyir: o adam ki, Əsr namazından sonra bir müsəlmanın malı üzərinə o qədər and içir ki, axırda onun malını mənimsəyir...” və yuxarıdakı hədisi rəvayət etdi.”
İstinad
Muslim, 312 (İman, 211)
Səhih Muslim — İman kitabı