İman kitabı

Özünü öldürən adamın kafir sayılmamasına dair dəlil

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنْ سُلَيْمَانَ - قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ - حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ حَجَّاجٍ الصَّوَّافِ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَنَّ الطُّفَيْلَ بْنَ عَمْرٍو الدَّوْسِىَّ أَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلْ لَكَ فِى حِصْنٍ حَصِينٍ وَمَنَعَةٍ - قَالَ حِصْنٌ كَانَ لِدَوْسٍ فِى الْجَاهِلِيَّةِ - فَأَبَى ذَلِكَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلَّذِى ذَخَرَ اللَّهُ لِلأَنْصَارِ فَلَمَّا هَاجَرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَدِينَةِ هَاجَرَ إِلَيْهِ الطُّفَيْلُ بْنُ عَمْرٍو وَهَاجَرَ مَعَهُ رَجُلٌ مِنْ قَوْمِهِ فَاجْتَوَوُا الْمَدِينَةَ فَمَرِضَ فَجَزِعَ فَأَخَذَ مَشَاقِصَ لَهُ فَقَطَعَ بِهَا بَرَاجِمَهُ فَشَخَبَتْ يَدَاهُ حَتَّى مَاتَ فَرَآهُ الطُّفَيْلُ بْنُ عَمْرٍو فِى مَنَامِهِ فَرَآهُ وَهَيْئَتُهُ حَسَنَةٌ وَرَآهُ مُغَطِّيًا يَدَيْهِ فَقَالَ لَهُ مَا صَنَعَ بِكَ رَبُّكَ فَقَالَ غَفَرَ لِى بِهِجْرَتِى إِلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا لِى أَرَاكَ مُغَطِّيًا يَدَيْكَ قَالَ قِيلَ لِى لَنْ نُصْلِحَ مِنْكَ مَا أَفْسَدْتَ. فَقَصَّهَا الطُّفَيْلُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ وَلِيَدَيْهِ فَاغْفِرْ »

“Cabir ﵁ rəvayət edir ki, bir dəfə Tufeyl ibn Amr əd-Dəvsi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, səni qoruyacaq bir qalanın və səni düşmənlərindən mühafizə edəcək bir camaatın yanında olmaq istəyirsənmi?” Cabir deyir: “Cahiliyyət dövründə Dəvs qəbiləsinin bir qalası var idi”. Allah Mədinə əhalisinə hicrəti seçmişdi deyə, Peyğəmbər ﷺ Tufeylin təklifini qəbul etmədi. Peyğəmbər ﷺ Mədinəyə hicrət etdikdən sonra Tufeyl ibn Amr öz tayfasından olan bir kişi ilə birlikdə Mədinəyə hicrət etdi, lakin onlar sıxıntı və xəstəlik üzündən Mədinədə qalmaq istəmədilər. Tufeyl ilə gələn adam xəstələndi və əzab-əziyyət çəkməyə başladı. Elə bu səbəbdən də o öz oxunu götürüb onun tiyəsi ilə barmaq buğumlarını kəsdi, onun kəsilmiş əllərindən qan fışqırmağa başladı və çoxlu qan itirib öldü. Bir müddətdən sonra Tufeyl ibn Amr yuxuda həmin adamı gördü. Tufeyl onu gözəl görkəmdə, əllərinin isə sarıqlı olduğunu görüb ondan soruşdu: “Rəbbin sənə nə etdi?” O dedi: “Peyğəmbərin ﷺ yanına hicrət etdiyimə görə Rəbbim məni bağışladı”. Tufeyl soruşdu: “Bəs niyə əllərin sarıqlıdır?” O dedi: “Mənə buyuruldu ki: “Sənin öz vücudundan korladığın bir əzanı biz düzəltməyəcəyik”. Tufeyl yuxusunu Allah Elçisinə ﷺ danışdı və Allah Elçisi ﷺ həmin adam üçün dua etdi: “Allahım, onun əllərini də bağışla!””

Cabir
Səhih

İstinad

Muslim, 326 (İman, 225)

Səhih Muslim — İman kitabı