Cahiliyyət dövründə edilmiş əməllərə görə cəzalandırılıb-cəzalandırılmamaq
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ أُنَاسٌ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ أَنُؤَاخَذُ بِمَا عَمِلْنَا فِى الْجَاهِلِيَّةِ قَالَ « أَمَّا مَنْ أَحْسَنَ مِنْكُمْ فِى الإِسْلاَمِ فَلاَ يُؤَاخَذُ بِهَا وَمَنْ أَسَاءَ أُخِذَ بِعَمَلِهِ فِى الْجَاهِلِيَّةِ وَالإِسْلاَمِ ».
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Bir dəfə bir dəstə adam Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi, biz cahiliyyət dövründə etdiyimiz əməllərə görə cəzalandırılacağıqmı?” Allah Elçisi ﷺ buyurdu: “Sizdən müsəlman olduqdan sonra yaxşı iş görən heç bir kəs cahiliyyət dövründə etdiyi əməllərə görə cəzalandırılmaz. (Müsəlman olduqdan sonra) günah işlərdən əl çəkməyən isə, həm cahiliyyət dövründə, həm də müsəlman ola-ola etdiyi günahlarına görə cəzalandırılar”.”
İstinad
Muslim, 333 (İman, 232)
Səhih Muslim — İman kitabı