İmanda sadiq və səmimi olmaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ إِدْرِيسَ وَأَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ لَمَّا نَزَلَتْ {الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ} شَقَّ ذَلِكَ عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالُوا أَيُّنَا لاَ يَظْلِمُ نَفْسَهُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَيْسَ هُوَ كَمَا تَظُنُّونَ إِنَّمَا هُوَ كَمَا قَالَ لُقْمَانُ لاِبْنِهِ {يَا بُنَىَّ لاَ تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ}.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir...” (əl-Ənam, 82) ayəsi nazil olduqda bu ayə Allah Elçisinin ﷺ səhabələrinə ağır gəldi və onlar dedilər: “Bizim hansı birimiz özünə zülm etmir ki?” Peyğəmbər ﷺ buyurdu: “Bu (ayədəki zülm) sizin zənn etdiyiniz kimi deyil. Bu, Loğmanın öz oğluna dediyi kimidir: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən də, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman, 13)”.”
İstinad
Muslim, 342 (İman, 241)
Səhih Muslim — İman kitabı