İnsan yaxşı iş görməyə niyyət etdikdə ona savab yazılır, günah iş etməyə niyyət etdikdə isə ona günah yazılmır
وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « قَالَتِ الْمَلاَئِكَةُ رَبِّ ذَاكَ عَبْدُكَ يُرِيدُ أَنْ يَعْمَلَ سَيِّئَةً - وَهُوَ أَبْصَرُ بِهِ - فَقَالَ ارْقُبُوهُ فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا لَهُ بِمِثْلِهَا. وَإِنْ تَرَكَهَا فَاكْتُبُوهَا لَهُ حَسَنَةً - إِنَّمَا تَرَكَهَا مِنْ جَرَّاىَ ».
“Allah Elçisi ﷺ belə buyurdu: “Mələklər dedilər: “Ey Rəbbimiz! ”Sənin bu qulun günah iş etmək istəyir”. Allah onu hamıdan yaxşı gördüyü halda mələklərə: “Ona nəzarət edin! Əgər bunu həyata keçirərsə, ona bunun əvəzi qədər günah yazın. Yox, əgər bundan imtina edərsə, ona bir savab yazın, çünki o, bunu Mənim xatirimə tərk etmişdir”.”
İstinad
Muslim, 352 (İman, 251)
Səhih Muslim — İman kitabı