İman kitabı

İmanda vəsvəsənin və bu vəsvəsələri özündə hiss edən kəsin nə deyəcəyinin bəyanı

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ جَاءَ نَاسٌ مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلُوهُ إِنَّا نَجِدُ فِى أَنْفُسِنَا مَا يَتَعَاظَمُ أَحَدُنَا أَنْ يَتَكَلَّمَ بِهِ. قَالَ « وَقَدْ وَجَدْتُمُوهُ ». قَالُوا نَعَمْ. قَالَ « ذَاكَ صَرِيحُ الإِيمَانِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbərin ﷺ səhabələrindən bir dəstə adam Peyğəmbərin ﷺ yanına gəlib ondan soruşdu: “Qəlbimizdən elə pis fikirlər keçir ki, hər birimiz onu dilinə gətirməyi böyük günah hesab edir”. Peyğəmbər ﷺ soruşdu: “Doğrudanmı, siz bunu günah sayırsınız?” Onlar: “Bəli!”, – dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu, imanın saflığıdır”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 357 (İman, 256)

Səhih Muslim — İman kitabı