İman kitabı

İmanda vəsvəsənin və bu vəsvəsələri özündə hiss edən kəsin nə deyəcəyinin bəyanı

حَدَّثَنَا هَارُونُ بْنُ مَعْرُوفٍ وَمُحَمَّدُ بْنُ عَبَّادٍ - وَاللَّفْظُ لِهَارُونَ - قَالاَ حَدَّثَنَا سُفْيَانُ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَزَالُ النَّاسُ يَتَسَاءَلُونَ حَتَّى يُقَالَ هَذَا خَلَقَ اللَّهُ الْخَلْقَ فَمَنْ خَلَقَ اللَّهَ فَمَنْ وَجَدَ مِنْ ذَلِكَ شَيْئًا فَلْيَقُلْ آمَنْتُ بِاللَّهِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar bir-birinə o qədər sual verəcəklər ki, axırda deyəcəklər: “Bax, Allah məxluqatı yaratmışdır. Bəs Allahı kim yaratmışdır?” Kim belə bir şey hiss edərsə, desin: “Mən Allaha iman gətirmişəm!””

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 360 (İman, 259)

Səhih Muslim — İman kitabı