İmanda vəsvəsənin və bu vəsvəsələri özündə hiss edən kəsin nə deyəcəyinin bəyanı
وَحَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ الرُّومِىِّ حَدَّثَنَا النَّضْرُ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا عِكْرِمَةُ - وَهُوَ ابْنُ عَمَّارٍ - حَدَّثَنَا يَحْيَى حَدَّثَنَا أَبُو سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَزَالُونَ يَسْأَلُونَكَ يَا أَبَا هُرَيْرَةَ حَتَّى يَقُولُوا هَذَا اللَّهُ فَمَنْ خَلَقَ اللَّهَ » قَالَ فَبَيْنَا أَنَا فِى الْمَسْجِدِ إِذْ جَاءَنِى نَاسٌ مِنَ الأَعْرَابِ فَقَالُوا يَا أَبَا هُرَيْرَةَ هَذَا اللَّهُ فَمَنْ خَلَقَ اللَّهَ قَالَ فَأَخَذَ حَصًى بِكَفِّهِ فَرَمَاهُمْ ثُمَّ قَالَ قُومُوا قُومُوا صَدَقَ خَلِيلِى.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə belə buyurdu: “Ey Əbu Hureyra! (Elə bir vaxt olacaq ki,) insanlar sənə sual verib sonda deyəcəklər: “Bu, (hər şeyi yaradan) Allahdır, bəs Allahı kim yaradıb?” Əbu Hureyra deyir: “Bir dəfə mən məsciddə ikən bədəvilərdən bir dəstə adam mənim yanıma gəlib dedi: “Ey Əbu Hureyra! Bu, (hər şeyi yaradan) Allahdır, bəs Allahı kim yaradıb?” Əbu Hureyra yerdən xırda daşlar götürüb onları daşladı, sonra dedi: “Qalxın, qalxın! Sevimli dostum doğru demişdir”.”
İstinad
Muslim, 366 (İman, 265)
Səhih Muslim — İman kitabı