İman kitabı

Peyğəmbərimiz Muhəmmədin ﷺ bütün bəşəriyyətə elçi göndərilməsinə və bütün dinlərin onun dini ilə ləğv edilməsinə iman gətirməyin vacibliyi

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَا مِنَ الأَنْبِيَاءِ مِنْ نَبِىٍّ إِلاَّ قَدْ أُعْطِىَ مِنَ الآيَاتِ مَا مِثْلُهُ آمَنَ عَلَيْهِ الْبَشَرُ وَإِنَّمَا كَانَ الَّذِى أُوتِيتُ وَحْيًا أَوْحَى اللَّهُ إِلَىَّ فَأَرْجُو أَنْ أَكُونَ أَكْثَرَهُمْ تَابِعًا يَوْمَ الْقِيَامَةِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Peyğəmbərlərdən elə bir peyğəmbər olmamışdır ki, ona bəşəriyyətin inandığı möcüzələrdən verilmiş olmasın. Mənə verilən möcüzə isə Allahın mənə vəhy etdiyidir. Bu səbəblə də, Qiyamət günü mənim ardıcıllarımın onların hamısından çox olacağına ümid edirəm”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 402 (İman, 301)

Səhih Muslim — İman kitabı