Məryəm oğlu İsanın Peyğəmbərimiz Muhəmmədin ﷺ şəriəti ilə hökm edən bir kəs olaraq nazil olması
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنِ ابْنِ الْمُسَيَّبِ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ لَيُوشِكَنَّ أَنْ يَنْزِلَ فِيكُمُ ابْنُ مَرْيَمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَكَمًا مُقْسِطًا فَيَكْسِرَ الصَّلِيبَ وَيَقْتُلَ الْخِنْزِيرَ وَيَضَعَ الْجِزْيَةَ وَيَفِيضَ الْمَالُ حَتَّى لاَ يَقْبَلَهُ أَحَدٌ ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Canım Əlində Olana and olsun ki, tezliklə Məryəm oğlu (İsa) aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları öldürəcək və cizyə vergisini aradan qaldıracaq. Həmin vaxt mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək”.”
İstinad
Muslim, 406 (İman, 305)
Səhih Muslim — İman kitabı