İman kitabı

Məryəm oğlu İsanın Peyğəmbərimiz Muhəmmədin ﷺ şəriəti ilə hökm edən bir kəs olaraq nazil olması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ عَنْ عَطَاءِ بْنِ مِينَاءَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَاللَّهِ لَيَنْزِلَنَّ ابْنُ مَرْيَمَ حَكَمًا عَادِلاً فَلَيَكْسِرَنَّ الصَّلِيبَ وَلَيَقْتُلَنَّ الْخِنْزِيرَ وَلَيَضَعَنَّ الْجِزْيَةَ وَلَتُتْرَكَنَّ الْقِلاَصُ فَلاَ يُسْعَى عَلَيْهَا وَلَتَذْهَبَنَّ الشَّحْنَاءُ وَالتَّبَاغُضُ وَالتَّحَاسُدُ وَلَيَدْعُوَنَّ إِلَى الْمَالِ فَلاَ يَقْبَلُهُ أَحَدٌ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allaha and olsun ki, Məryəm oğlu (İsa) ədalətli bir hakim olaraq enəcək, sonra xaçları sındıracaq, donuzları öldürəcək və cizyə vergisini aradan qaldıracaq. Həmin vaxt cavan dişi dəvələr tərk olunacaq və onlara rəğbət bəslənilməyəcək. Düşmənçilik, bir-birinə nifrət bəsləmək və bir-birinə həsəd etmək aradan qaldırılacaq. (İmkanlılar insanları) sədəqə götürməyə çağıracaqlar, lakin heç kəs onu qəbul etməyəcək”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 408 (İman, 307)

Səhih Muslim — İman kitabı