İman kitabı

İmanın qəbul edilməyəcəyi vaxtın bəyanı

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنِ ابْنِ عُلَيَّةَ - قَالَ ابْنُ أَيُّوبَ حَدَّثَنَا ابْنُ عُلَيَّةَ - حَدَّثَنَا يُونُسُ عَنْ إِبْرَاهِيمَ بْنِ يَزِيدَ التَّيْمِىِّ - سَمِعَهُ فِيمَا أَعْلَمُ - عَنْ أَبِيهِ عَنْ أَبِى ذَرٍّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَوْمًا « أَتَدْرُونَ أَيْنَ تَذْهَبُ هَذِهِ الشَّمْسُ ». قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « إِنَّ هَذِهِ تَجْرِى حَتَّى تَنْتَهِىَ إِلَى مُسْتَقَرِّهَا تَحْتَ الْعَرْشِ فَتَخِرُّ سَاجِدَةً وَلاَ تَزَالُ كَذَلِكَ حَتَّى يُقَالَ لَهَا ارْتَفِعِى ارْجِعِى مِنْ حَيْثُ جِئْتِ فَتَرْجِعُ فَتُصْبِحُ طَالِعَةً مِنْ مَطْلِعِهَا ثُمَّ تَجْرِى حَتَّى تَنْتَهِىَ إِلَى مُسْتَقَرِّهَا تَحْتَ الْعَرْشِ فَتَخِرُّ سَاجِدَةً وَلاَ تَزَالُ كَذَلِكَ حَتَّى يُقَالَ لَهَا ارْتَفِعِى ارْجِعِى مِنْ حَيْثُ جِئْتِ فَتَرْجِعُ فَتُصْبِحُ طَالِعَةً مِنْ مَطْلِعِهَا ثُمَّ تَجْرِى لاَ يَسْتَنْكِرُ النَّاسُ مِنْهَا شَيْئًا حَتَّى تَنْتَهِىَ إِلَى مُسْتَقَرِّهَا ذَاكَ تَحْتَ الْعَرْشِ فَيُقَالُ لَهَا ارْتَفِعِى أَصْبِحِى طَالِعَةً مِنْ مَغْرِبِكِ فَتُصْبِحُ طَالِعَةً مِنْ مَغْرِبِهَا ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَتَدْرُونَ مَتَى ذَاكُمْ ذَاكَ حِينَ لاَ يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِى إِيمَانِهَا خَيْرًا ».

“Əbu Zərr ﵁ rəvayət edir ki, bir gün Peyğəmbər ﷺ səhabələrindən soruşdu: “Bu günəşin hara getdiyini bilirsinizmi?” Onlar dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər ﷺ buyurdu: “Bu günəş Ərşin altındakı qaldığı yerə çatıncaya qədər gedib səcdəyə qapanır və (uzun müddət) bu vəziyyətdə qalır. Sonra ona deyilir: “Qalx, gəldiyin yerə qayıt!” O da qayıdıb çıxdığı yerdən yenidən çıxır. Sonra yenidən Ərşin altındakı qaldığı yerə çatıncaya qədər gedib səcdəyə qapanır və bu vəziyyətdə qalır. Sonra ona deyilir: “Qalx, gəldiyin yerə qayıt!” O da qayıdıb çıxdığı yerdən yenidən çıxır. Bu minvalla günəş insanlar ondan heç bir şeyi gizlətməyəcəkləri (aşkarda əxlaqsız işlər görəcəkləri) vaxtadək hərəkətinə davam edər. Nəhayət, o, Ərşin altındakı qaldığı yerə gələcək və ona deyiləcək: “Qalx, batdığın yerdən çıx!” O da batdığı yerdən çıxacaq”. Sonra Allah Elçisi ﷺ soruşdu: “Bunun nə vaxt baş verəcəyini bilirsinizmi?” O vaxt ki: “Əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” (əl-Ənam, 158)”.”

Əbu Zərr
Səhih

İstinad

Muslim, 418 (İman, 317)

Səhih Muslim — İman kitabı