İmanın qəbul edilməyəcəyi vaxtın bəyanı
وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لأَبِى كُرَيْبٍ - قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ التَّيْمِىِّ عَنْ أَبِيهِ عَنْ أَبِى ذَرٍّ قَالَ دَخَلْتُ الْمَسْجِدَ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسٌ فَلَمَّا غَابَتِ الشَّمْسُ قَالَ « يَا أَبَا ذَرٍّ هَلْ تَدْرِى أَيْنَ تَذْهَبُ هَذِهِ ». قَالَ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « فَإِنَّهَا تَذْهَبُ فَتَسْتَأْذِنُ فِى السُّجُودِ فَيُؤْذَنُ لَهَا وَكَأَنَّهَا قَدْ قِيلَ لَهَا ارْجِعِى مِنْ حَيْثُ جِئْتِ فَتَطْلُعُ مِنْ مَغْرِبِهَا ». قَالَ ثُمَّ قَرَأَ فِى قِرَاءَةِ عَبْدِ اللَّهِ وَذَلِكَ مُسْتَقَرٌّ لَهَا.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən məscidə daxil olduqda Allah Elçisi ﷺ bir tərəfdə oturmuşdu. Günəş batdıqda o soruşdu: “Ey Əbu Zərr! Bu günəşin hara getdiyini bilirsənmi?” Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər ﷺ buyurdu: “O, gedib səcdə etmək üçün izin istəyir və ona izin verilir. (Lakin elə bir vaxt gələcək ki,) ona: “Gəldiyin yerdən qayıt!” deyiləcək və o, məğribdən çıxacaq”. Sonra o, Abdullah ibn Məsudun qiraəti ilə: “Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər” (Ya Sin, 38) oxudu.”
İstinad
Muslim, 420 (İman, 319)
Səhih Muslim — İman kitabı