Allah Elçisinin ﷺ gecə vaxtı göylərə yüksəlməsi və namazların vacib buyurulması
حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ هَاشِمٍ الْعَبْدِىُّ حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أُتِيتُ فَانْطَلَقُوا بِى إِلَى زَمْزَمَ فَشُرِحَ عَنْ صَدْرِى ثُمَّ غُسِلَ بِمَاءِ زَمْزَمَ ثُمَّ أُنْزِلْتُ ».
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mələklər yanıma gəlib məni Zəmzəm olan yerə apardılar, köksümü yardılar, sonra onu Zəmzəm suyu ilə yudular. Sonra da məni (götürdükləri yerə) qoydular”.”
Ənəs ibn Malik
Səhihİstinad
Muslim, 430 (İman, 329)
Səhih Muslim — İman kitabı