Allah Elçisinin ﷺ gecə vaxtı göylərə yüksəlməsi və namazların vacib buyurulması
حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ عَنْ مَالِكِ بْنِ صَعْصَعَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فَذَكَرَ نَحْوَهُ وَزَادَ فِيهِ « فَأُتِيتُ بِطَسْتٍ مِنْ ذَهَبٍ مُمْتَلِئٍ حِكْمَةً وَإِيمَانًا فَشُقَّ مِنَ النَّحْرِ إِلَى مَرَاقِّ الْبَطْنِ فَغُسِلَ بِمَاءِ زَمْزَمَ ثُمَّ مُلِئَ حِكْمَةً وَإِيمَانًا ».
“Ənəs ibn Malik ﵁ eyni hədisi rəvayət etmişdir, həmçinin hədisdə bu əlavə var: “Mənə içi hikmət və imanla dolu olan qızıl ləyən gətirdilər. Sonra mənim bədənimi boğazımdan qarnımın alt nahiyəsinə qədər yardılar. Sonra onu Zəmzəm suyu ilə yudular. Sonra da qəlbim hikmət və imanla dolduruldu”.”
İstinad
Muslim, 435 (İman, 334)
Səhih Muslim — İman kitabı