Məryəm oğlu Məsihin və Məsih Dəccalın yad edilməsi
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَرَانِى لَيْلَةً عِنْدَ الْكَعْبَةِ فَرَأَيْتُ رَجُلاً آدَمَ كَأَحْسَنِ مَا أَنْتَ رَاءٍ مِنْ أُدْمِ الرِّجَالِ لَهُ لِمَّةٌ كَأَحْسَنِ مَا أَنْتَ رَاءٍ مِنَ اللِّمَمِ قَدْ رَجَّلَهَا فَهِىَ تَقْطُرُ مَاءً مُتَّكِئًا عَلَى رَجُلَيْنِ - أَوْ عَلَى عَوَاتِقِ رَجُلَيْنِ - يَطُوفُ بِالْبَيْتِ فَسَأَلْتُ مَنْ هَذَا فَقِيلَ هَذَا الْمَسِيحُ ابْنُ مَرْيَمَ. ثُمَّ إِذَا أَنَا بِرَجُلٍ جَعْدٍ قَطَطٍ أَعْوَرِ الْعَيْنِ الْيُمْنَى كَأَنَّهَا عِنَبَةٌ طَافِيَةٌ فَسَأَلْتُ مَنْ هَذَا فَقِيلَ هَذَا الْمَسِيحُ الدَّجَّالُ ».
“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən keçən gecə (yuxuda) Kəbənin yanında qarayanız bir adam gördüm. Bu adam qarayanız adamların ən gözəli idi. Onun uzun saçları var idi. Bu, gördüyüm saçların ən gözəli idi. O, saçlarını daramışdı. Onun saçlarından su damırdı. O, əllərini iki nəfərin üstünə (və ya iki kişinin çiyninə) qoymuş halda Kəbəni təvaf edirdi. Mən soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məryəm oğlu Məsihdir!” Sonra birdən buruqsaç və sağ gözü kor – sanki, domba üzüm dənəsi kimi olan birisinə rast gəldim. Oradakılardan soruşdum: “Bu kimdir?” Mənə dedilər: “Bu, Məsih Dəccaldır!””
İstinad
Muslim, 443 (İman, 342)
Səhih Muslim — İman kitabı