Allahın ﷿: “Onu bir daha öz surətində enərkən gördü” (ən-Nəcm, 13) kəlamının mənası və “Peyğəmbər ﷺ İsra gecəsində Rəbbini görmüşdürmü?” sualının cavabı
وَحَدَّثَنِى أَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ حَدَّثَنَا عَبَّادٌ - وَهُوَ ابْنُ الْعَوَّامِ - حَدَّثَنَا الشَّيْبَانِىُّ قَالَ سَأَلْتُ زِرَّ بْنَ حُبَيْشٍ عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَجَلَّ {فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى} قَالَ أَخْبَرَنِى ابْنُ مَسْعُودٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى جِبْرِيلَ لَهُ سِتُّمِائَةِ جَنَاحٍ.
“Rəvayət edilir ki, Şeybani ﵀ demişdir: “Mən Zir ibn Hubeyşdən Allahın ﷿: “O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi” (ən-Nəcm, 9) kəlamının təfsirini soruşdum. O dedi: “Abdullah ibn Məsud mənə Peyğəmbərin ﷺ Cəbraili (həqiqi surətində) gördüyünü, onun altı yüz qanadı olduğunu xəbər vermişdir”.”
İstinad
Muslim, 450 (İman, 349)
Səhih Muslim — İman kitabı