Allahın ﷿: “Onu bir daha öz surətində enərkən gördü” (ən-Nəcm, 13) kəlamının mənası və “Peyğəmbər ﷺ İsra gecəsində Rəbbini görmüşdürmü?” sualının cavabı
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو سَعِيدٍ الأَشَجُّ جَمِيعًا عَنْ وَكِيعٍ - قَالَ الأَشَجُّ حَدَّثَنَا وَكِيعٌ - حَدَّثَنَا الأَعْمَشُ عَنْ زِيَادِ بْنِ الْحُصَيْنِ أَبِى جَهْمَةَ عَنْ أَبِى الْعَالِيَةِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ {مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَى} {وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَى} قَالَ رَآهُ بِفُؤَادِهِ مَرَّتَيْنِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄: “Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı”, “Onu bir daha öz surətində enərkən gördü” (ən-Nəcm, 11, 13) ayələrinin təfsirində demişdir: “Peyğəmbər ﷺ onu qəlbi ilə iki dəfə görmüşdür”.”
İstinad
Muslim, 455 (İman, 354)
Səhih Muslim — İman kitabı