Allahın ﷿: “Onu bir daha öz surətində enərkən gördü” (ən-Nəcm, 13) kəlamının mənası və “Peyğəmbər ﷺ İsra gecəsində Rəbbini görmüşdürmü?” sualının cavabı
حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ دَاوُدَ عَنِ الشَّعْبِىِّ عَنْ مَسْرُوقٍ قَالَ كُنْتُ مُتَّكِئًا عِنْدَ عَائِشَةَ فَقَالَتْ يَا أَبَا عَائِشَةَ ثَلاَثٌ مَنْ تَكَلَّمَ بِوَاحِدَةٍ مِنْهُنَّ فَقَدْ أَعْظَمَ عَلَى اللَّهِ الْفِرْيَةَ. قُلْتُ مَا هُنَّ قَالَتْ مَنْ زَعَمَ أَنَّ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَبَّهُ فَقَدْ أَعْظَمَ عَلَى اللَّهِ الْفِرْيَةَ. قَالَ وَكُنْتُ مُتَّكِئًا فَجَلَسْتُ فَقُلْتُ يَا أُمَّ الْمُؤْمِنِينَ أَنْظِرِينِى وَلاَ تَعْجَلِينِى أَلَمْ يَقُلِ اللَّهُ عَزَّ وَجَلَّ {وَلَقَدْ رَآهُ بِالأُفُقِ الْمُبِينِ} {وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَى}. فَقَالَتْ أَنَا أَوَّلُ هَذِهِ الأُمَّةِ سَأَلَ عَنْ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّمَا هُوَ جِبْرِيلُ لَمْ أَرَهُ عَلَى صُورَتِهِ الَّتِى خُلِقَ عَلَيْهَا غَيْرَ هَاتَيْنِ الْمَرَّتَيْنِ رَأَيْتُهُ مُنْهَبِطًا مِنَ السَّمَاءِ سَادًّا عِظَمُ خَلْقِهِ مَا بَيْنَ السَّمَاءِ إِلَى الأَرْضِ ». فَقَالَتْ أَوَلَمْ تَسْمَعْ أَنَّ اللَّهَ يَقُولُ {لاَ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ} أَوَلَمْ تَسْمَعْ أَنَّ اللَّهَ يَقُولُ {وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلاَّ وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولاً فَيُوحِىَ بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِىٌّ حَكِيمٌ} قَالَتْ وَمَنْ زَعَمَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَتَمَ شَيْئًا مِنْ كِتَابِ اللَّهِ فَقَدْ أَعْظَمَ عَلَى اللَّهِ الْفِرْيَةَ وَاللَّهُ يَقُولُ {يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ}. قَالَتْ وَمَنْ زَعَمَ أَنَّهُ يُخْبِرُ بِمَا يَكُونُ فِى غَدٍ فَقَدْ أَعْظَمَ عَلَى اللَّهِ الْفِرْيَةَ وَاللَّهُ يَقُولُ {قُلْ لاَ يَعْلَمُ مَنْ فِى السَّمَوَاتِ وَالأَرْضِ الْغَيْبَ إِلاَّ اللَّهُ}.
“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Aişənin yanında divara söykənmiş vəziyyətdə ikən o mənə dedi: “Ey Əbu Aişə! Üç şey var ki, kim bunlardan birini dilinə gətirsə, Allaha böyük iftira atmış olar”. Mən soruşdum: “Nədir onlar?” O dedi: “Kim Muhəmmədin ﷺ öz Rəbbini gördüyünü iddia etsə, Allaha böyük iftira yaxmış olar”. Mən söykəndiyim yerdən qalxıb oturdum və dedim: “Ey möminlərin anası! Dayan, tələsmə! Məgər Allah ﷿: “O onu aydın üfüqdə görmüşdür” (ət-Təkvir, 23), “O onu bir daha öz surətində enərkən gördü” (ən-Nəcm, 13) deyə buyurmayıbmı?” Aişə dedi: “Mən bu ümmətin Allah Elçisindən ﷺ bu haqda soruşan kəslərin birincisiyəm. O mənim sualıma belə cavab vermişdi: “O, Cəbraildir. Mən onu bu iki dəfədən başqa heç vaxt xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Yaradılışının böyüklüyü göylə yerin arasını tutmuşdu”. Aişə dedi: “Məgər sən Allahın: “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır”, (əl-Ənam, 103) deyə buyurduğunu, həmçinin: “Allah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, Hikmət sahibidir” (əş-Şura, 51), - deyə buyurduğunu eşitməmisən?” Aişə dedi: “Kim Allah Elçisinin ﷺ Allahın Kitabından bir şey gizlətdiyini iddia etsə, Allaha böyük iftira atmış olar. Allah buyurur: “Ey rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Belə etməsən, Onun risalətini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...” (əl-Maidə, 67). Aişə dedi: “Kim sabah nə baş verəcəyini xəbər verməyə qadir olduğunu iddia etsə, Allaha böyük iftira atmış olar. Allah buyurur: “De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz...” (ən-Nəml, 65)”.”
İstinad
Muslim, 457 (İman, 356)
Səhih Muslim — İman kitabı