İman kitabı

Peyğəmbərin ﷺ: “Allah yatmır” və “Onun hicabı nurdur. Əgər onu açsaydı, Üzünün subuhatı Gözünün əhatə etdiyi bütün yaratdıqlarını yandırıb-yaxardı” sözləri haqda

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ حَدَّثَنِى شُعْبَةُ عَنْ عَمْرِو بْنِ مُرَّةَ عَنْ أَبِى عُبَيْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ قَامَ فِينَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَرْبَعٍ « إِنَّ اللَّهَ لاَ يَنَامُ وَلاَ يَنْبَغِى لَهُ أَنْ يَنَامَ يَرْفَعُ الْقِسْطَ وَيَخْفِضُهُ وَيُرْفَعُ إِلَيْهِ عَمَلُ النَّهَارِ بِاللَّيْلِ وَعَمَلُ اللَّيْلِ بِالنَّهَارِ ».

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim aramızda ayağa qalxıb bu dörd kəlməni söylədi: “Allah yatmır, yatmaq Ona yaraşmaz. O, ədalət tərəzisini həm alçaldır, həm də yüksəldir. Gündüzün əməli gecə vaxtı, gecənin əməli isə gündüz vaxtı Onun yanına yüksəlir”.”

Əbu Musa
Səhih

İstinad

Muslim, 465 (İman, 364)

Səhih Muslim — İman kitabı