İman kitabı

Möminlərin Axirətdə Rəblərini ﷾ görmələrinin isbatı

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ بْنِ مَيْسَرَةَ قَالَ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ عَنْ ثَابِتٍ الْبُنَانِىِّ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنْ صُهَيْبٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ - قَالَ - يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى تُرِيدُونَ شَيْئًا أَزِيدُكُمْ فَيَقُولُونَ أَلَمْ تُبَيِّضْ وُجُوهَنَا أَلَمْ تُدْخِلْنَا الْجَنَّةَ وَتُنَجِّنَا مِنَ النَّارِ - قَالَ - فَيَكْشِفُ الْحِجَابَ فَمَا أُعْطُوا شَيْئًا أَحَبَّ إِلَيْهِمْ مِنَ النَّظَرِ إِلَى رَبِّهِمْ عَزَّ وَجَلَّ ».

“Suheyb ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnət əhli Cənnətə daxil olduğu zaman Allah ﷿ belə buyuracaq: “İstəyirsinizmi, sizə nə isə artırım?” Onlar deyəcəklər: “Sən bizim üzümüzü ağ etmədinmi?! Bizi oddan xilas edib Cənnətə salmadınmı?!” Allah da hicabı qaldıracaq. Artıq onlara Rəblərinə ﷿ baxmaqdan daha əziz bir şey verilməmişdir”.”

Suheyb
Səhih

İstinad

Muslim, 467 (İman, 366)

Səhih Muslim — İman kitabı