İman kitabı

Cənnətin ən aşağı təbəqəsində olanlar

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى بُكَيْرٍ حَدَّثَنَا زُهَيْرُ بْنُ مُحَمَّدٍ عَنْ سُهَيْلِ بْنِ أَبِى صَالِحٍ عَنِ النُّعْمَانِ بْنِ أَبِى عَيَّاشٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلَةً رَجُلٌ صَرَفَ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ قِبَلَ الْجَنَّةِ وَمَثَّلَ لَهُ شَجَرَةً ذَاتَ ظِلٍّ فَقَالَ أَىْ رَبِّ قَدِّمْنِى إِلَى هَذِهِ الشَّجَرَةِ أَكُونُ فِى ظِلِّهَا ». وَسَاقَ الْحَدِيثَ بِنَحْوِ حَدِيثِ ابْنِ مَسْعُودٍ وَلَمْ يُذْكُرْ « فَيَقُولُ يَا ابْنَ آدَمَ مَا يَصْرِينِى مِنْكَ ». إِلَى آخِرِ الْحَدِيثِ وَزَادَ فِيهِ « وَيُذَكِّرُهُ اللَّهُ سَلْ كَذَا وَكَذَا فَإِذَا انْقَطَعَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ هُوَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ - قَالَ - ثُمَّ يَدْخُلُ بَيْتَهُ فَتَدْخُلُ عَلَيْهِ زَوْجَتَاهُ مِنَ الْحُورِ الْعِينِ فَتَقُولاَنِ الْحَمْدُ لِلَّهِ الَّذِى أَحْيَاكَ لَنَا وَأَحْيَانَا لَكَ - قَالَ - فَيَقُولُ مَا أُعْطِىَ أَحَدٌ مِثْلَ مَا أُعْطِيتُ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət əhlinin ən aşağı təbəqəsində olacaq cənnətlik o adamdır ki, Allah onun üzünü Cəhənnəmdən Cənnətə tərəf döndərəcək və ona kölgəsi olan bir ağac göstərəcək”. Onda bu adam deyəcək: “Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır ki, mən onun kölgəsində olum...”. Əbu Səid bu hədisi İbn Məsudun hədisi kimi rəvayət etmiş, lakin: “Allah buyuracaq: “Ey Adəm oğlu! İstəklərinə son qoyacaqsanmı?!...” sözünü axıra kimi qeyd etməmiş, sonra bunu əlavə etmişdir: “Allah ona: “Filan şeyi və filan şeyi də istə”, – deyə xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Allah buyuracaq: “Bu istədiklərin və onun on misli sənindir”. Sonra o, Cənnətdəki evinə girəcək. Bu vaxt hurilərdən olan iki zövcəsi onun yanına girəcək və deyəcəklər: “Səni bizim üçün, bizi də sənin üçün yaradan Allaha həmd olsun!” O isə belə deyəcək: “Mənə verilən nemətlər heç kəsə verilməmişdir”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Muslim, 482 (İman, 381)

Səhih Muslim — İman kitabı