Cənnətin ən aşağı təbəqəsində olanlar
قَالَ وَحَدَّثَنِى بِشْرُ بْنُ الْحَكَمِ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ حَدَّثَنَا مُطَرِّفٌ وَابْنُ أَبْجَرَ سَمِعَا الشَّعْبِىَّ يَقُولُ سَمِعْتُ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ يُخْبِرُ بِهِ النَّاسَ عَلَى الْمِنْبَرِ قَالَ سُفْيَانُ رَفَعَهُ أَحَدُهُمَا - أُرَاهُ ابْنَ أَبْجَرَ - قَالَ « سَأَلَ مُوسَى رَبَّهُ مَا أَدْنَى أَهْلِ الْجَنَّةِ مَنْزِلَةً قَالَ هُوَ رَجُلٌ يَجِىءُ بَعْدَ مَا أُدْخِلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ فَيُقَالُ لَهُ ادْخُلِ الْجَنَّةَ. فَيَقُولُ أَىْ رَبِّ كَيْفَ وَقَدْ نَزَلَ النَّاسُ مَنَازِلَهُمْ وَأَخَذُوا أَخَذَاتِهِمْ فَيُقَالُ لَهُ أَتَرْضَى أَنْ يَكُونَ لَكَ مِثْلُ مُلْكِ مَلِكٍ مِنْ مُلُوكِ الدُّنْيَا فَيَقُولُ رَضِيتُ رَبِّ. فَيَقُولُ لَكَ ذَلِكَ وَمِثْلُهُ وَمِثْلُهُ وَمِثْلُهُ وَمِثْلُهُ. فَقَالَ فِى الْخَامِسَةِ رَضِيتُ رَبِّ. فَيَقُولُ هَذَا لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ وَلَكَ مَا اشْتَهَتْ نَفْسُكَ وَلَذَّتْ عَيْنُكَ. فَيَقُولُ رَضِيتُ رَبِّ. قَالَ رَبِّ فَأَعْلاَهُمْ مَنْزِلَةً قَالَ أُولَئِكَ الَّذِينَ أَرَدْتُ غَرَسْتُ كَرَامَتَهُمْ بِيَدِى وَخَتَمْتُ عَلَيْهَا فَلَمْ تَرَ عَيْنٌ وَلَمْ تَسْمَعْ أُذُنٌ وَلَمْ يَخْطُرْ عَلَى قَلْبِ بَشَرٍ ». قَالَ وَمِصْدَاقُهُ فِى كِتَابِ اللَّهِ عَزَّ وَجَلَّ {فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِىَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ} الآيَةَ.
“Rəvayət edilir ki, əş-Şabi ﵀ demişdir: “Muğirə ibn Şubə minbərdə ikən camaata (Peyğəmbərin ﷺ belə buyurduğunu) xəbər vermişdir: “Bir dəfə Musa Uca Rəbbindən soruşdu: “Cənnət əhlinin ən aşağı təbəqəsində olacaq cənnətlik kimdir?” Allah buyurdu: “Bu o kimsədir ki, Cənnət əhli Cənnətə daxil olduqdan sonra gələcək və ona: “Cənnətə gir!”, – deyiləcək. O isə deyəcək: “Ya Rəbb! Hər kəs öz yerinə yerləşdikdən, alacağını da aldıqdan sonra bu necə mümkündür?” Onda ona belə buyurulacaq: “Dünya padşahlarından bir padşahın mülkü qədər mülkün sahibi olmağa razısanmı?” O deyəcək: “Razıyam, ya Rəbb!” Allah buyuracaq: “Bu qədər mülk, üstəlik bir o qədəri də, bir o qədəri də, bir o qədəri də, bir o qədəri də, bir o qədəri də sənindir. Beşincisində o: “Razı qaldım, ya Rəbb!”, – deyəcək. Allah buyuracaq: “Bu və onun on misli sənindir. Üstəlik nəfsinin istədiyi, gözlərinin zövq aldığı hər şey sənindir”. O: “Razıyam, ya Rəbb!”, – deyəcək. Musa dedi: “Ya Rəbb! Bəs Cənnət əhlinin ən yüksək təbəqəsində olanlar kimlərdir?” Allah buyurdu: “Bunlar Mənim seçib üstünlük verdiyim qullarımdır. Mən onların kəramətini Öz Əlimlə bərkidib möhürləmişəm. (Bunu isə) nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də ki insanlardan bir kimsə qəlbindən keçirmişdir”. Ravi deyir: “Buna dəlil Allahın ﷿ Kitabındakı bu ayəni göstərmək olar: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. (əs-Səcdə, 17).”
İstinad
Muslim, 485 (İman, 384)
Səhih Muslim — İman kitabı