İman kitabı

Cənnətin ən aşağı təbəqəsində olanlar

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا الأَعْمَشُ عَنِ الْمَعْرُورِ بْنِ سُوَيْدٍ عَنْ أَبِى ذَرٍّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لأَعْلَمُ آخِرَ أَهْلِ الْجَنَّةِ دُخُولاً الْجَنَّةَ وَآخِرَ أَهْلِ النَّارِ خُرُوجًا مِنْهَا رَجُلٌ يُؤْتَى بِهِ يَوْمَ الْقِيَامَةِ فَيُقَالُ اعْرِضُوا عَلَيْهِ صِغَارَ ذُنُوبِهِ وَارْفَعُوا عَنْهُ كِبَارَهَا. فَتُعْرَضُ عَلَيْهِ صِغَارُ ذُنُوبِهِ فَيُقَالُ عَمِلْتَ يَوْمَ كَذَا وَكَذَا كَذَا وَكَذَا وَعَمِلْتَ يَوْمَ كَذَا وَكَذَا كَذَا وَكَذَا. فَيَقُولُ نَعَمْ. لاَ يَسْتَطِيعُ أَنْ يُنْكِرَ وَهُوَ مُشْفِقٌ مِنْ كِبَارِ ذُنُوبِهِ أَنْ تُعْرَضَ عَلَيْهِ. فَيُقَالُ لَهُ فَإِنَّ لَكَ مَكَانَ كُلِّ سَيِّئَةٍ حَسَنَةً. فَيَقُولُ رَبِّ قَدْ عَمِلْتُ أَشْيَاءَ لاَ أَرَاهَا هَا هُنَا ». فَلَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən cənnətliklərdən Cənnətə son girəcək və cəhənnəmliklərdən Cəhənnəmdən son çıxacaq olan adamı tanıyıram. Bu o kimsədir ki, Qiyamət günü məhşərə gətiriləcək və deyiləcək: “Kiçik günahlarını ona göstərin, böyük günahlarını isə silin”. Sonra ona kiçik günahları göstəriləcək və belə deyiləcək: “Sən filan və filan gün, filan, filan işləri gördün, filan və filan gün də, filan, filan işləri gördün”. O: “Bəli!”, – deyə cavab verəcək və bunu inkar edə bilməyəcək. O vaxt həmin adam böyük günahlarının ona ərz edilməsindən ehtiyat edəcək. Bu vaxt ona belə buyurulacaq: “Hər günahının yerinə sənin üçün bir savab var”. Onda o deyəcək: “Ya Rəbb! Mən bir çox işlər görmüşəm ki, onları burada görmürəm”. Mən Peyğəmbərin ﷺ arxa dişləri görünənədək güldüyünü gördüm.”

Əbu Zərr
Səhih

İstinad

Muslim, 487 (İman, 386)

Səhih Muslim — İman kitabı