Cənnətin ən aşağı təbəqəsində olanlar
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَجْمَعُ اللَّهُ الْمُؤْمِنِينَ يَوْمَ الْقِيَامَةِ فَيُلْهَمُونَ لِذَلِكَ » بِمِثْلِ حَدِيثِهِمَا وَذَكَرَ فِى الرَّابِعَةِ « فَأَقُولُ يَا رَبِّ مَا بَقِىَ فِى النَّارِ إِلاَّ مَنْ حَبَسَهُ الْقُرْآنُ أَىْ وَجَبَ عَلَيْهِ الْخُلُودُ ».
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Qiyamət günü Allah möminləri məhşərə toplayacaq və onlara ilham veriləcək...”. Sonra yuxarıda qeyd olunan hədisi kimi rəvayət edilmişdir. Bu hədisdə dördüncü dəfə Peyğəmbər ﷺ buyurmuşdur: “Ya Rəbb! Odda Quranın tutub saxladıqlarından başqa, yəni özlərinə əbədi olaraq (odda) qalmaq vacib buyurulanlardan başqa bir kəs qalmamışdır”.”
İstinad
Muslim, 497 (İman, 396)
Səhih Muslim — İman kitabı