Cənnətin ən aşağı təbəqəsində olanlar
وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ عُمَارَةَ بْنِ الْقَعْقَاعِ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ وُضِعَتْ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَصْعَةٌ مِنْ ثَرِيدٍ وَلَحْمٍ فَتَنَاوَلَ الذِّرَاعَ وَكَانَتْ أَحَبَّ الشَّاةِ إِلَيْهِ فَنَهَسَ نَهْسَةً فَقَالَ « أَنَا سَيِّدُ النَّاسِ يَوْمَ الْقِيَامَةِ ». ثُمَّ نَهَسَ أُخْرَى فَقَالَ « أَنَا سَيِّدُ النَّاسِ يَوْمَ الْقِيَامَةِ ». فَلَمَّا رَأَى أَصْحَابَهُ لاَ يَسْأَلُونَهُ قَالَ « أَلاَ تَقُولُونَ كَيْفَهْ ». قَالُوا كَيْفَهْ يَا رَسُولَ اللَّهِ قَالَ « يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ ». وَسَاقَ الْحَدِيثَ بِمَعْنَى حَدِيثِ أَبِى حَيَّانَ عَنْ أَبِى زُرْعَةَ وَزَادَ فِى قِصَّةِ إِبْرَاهِيمَ فَقَالَ وَذَكَرَ قَوْلَهُ فِى الْكَوْكَبِ هَذَا رَبِّى. وَقَوْلَهُ لآلِهَتِهِمْ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا. وَقَوْلَهُ إِنِّى سَقِيمٌ. قَالَ « وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ إِنَّ مَا بَيْنَ الْمِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ إِلَى عِضَادَتَىِ الْبَابِ لَكَمَا بَيْنَ مَكَّةَ وَهَجَرٍ أَوْ هَجَرٍ وَمَكَّةَ ». قَالَ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisinin ﷺ qabağına bir qab şorba və bişmiş ət qoydular. O, əlini qoçun qol tərəfinə uzatdı. Qoçun bu hissəsi Allah Elçisinin ﷺ ən çox xoşuna gələn yeri idi. O, ətdən bir tikə dişlədikdən sonra buyurdu: “Qiyamət günü mən insanların ən hörmətlisi olacağam”. Sonra ətdən bir dəfə də dişlədi və yenə buyurdu: “Qiyamət günü mən insanların ən hörmətlisi olacağam”. O, səhabələrinin bunun səbəbini soruşmadıqlarını gördükdə buyurdu: “Niyə soruşmursunuz ki, bu necə olacaq?” Səhabələr dedilər: “Bu necə olacaq, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “(O gün) insanlar aləmlərin Rəbbi qarşısında ayağa qalxacaqlar”. Sonra ravi bu hədisi yuxarıda olan hədisə oxşar mənada rəvayət etdi, lakin hədisdə İbrahimlə ﵇ olan söhbətə: “O, ulduza baxıb: “Bu mənim Rəbbimdir” (əl-Ənbiya, 75-79), həmçinin bütpərəstlərin tanrıları haqda: “Bunu onların bu böyüyü etmiş olar” (əl-Ənbiya, 51-72), həmçinin: “Mən xəstəyəm” (əs-Saffət, 89) dediyini də əlavə etmişdir. Axırda Peyğəmbər ﷺ belə buyurdu: “Muhəmmədin canı Əlində Olana and olsun ki, Cənnət qapılarındakı laylar arasındakı məsafə Məkkə ilə Həcər, yaxud Həcər ilə Məkkə arasındakı məsafə qədərdir”. Ravi dedi: “Bunun hansını dediyi yadıma gəlmir”.”
İstinad
Muslim, 502 (İman, 401)
Səhih Muslim — İman kitabı