İman kitabı

Peyğəmbərin ﷺ: “Cənnətə girmək şəfaət edəcək insanların birincisi mən olacağam, həm də peyğəmbərlər arasında ümməti ən çox olanı da mənəm” kəlamı haqda

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِىٍّ عَنْ زَائِدَةَ عَنِ الْمُخْتَارِ بْنِ فُلْفُلٍ قَالَ قَالَ أَنَسُ بْنُ مَالِكٍ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَنَا أَوَّلُ شَفِيعٍ فِى الْجَنَّةِ لَمْ يُصَدَّقْ نَبِىٌّ مِنَ الأَنْبِيَاءِ مَا صُدِّقْتُ وَإِنَّ مِنَ الأَنْبِيَاءِ نَبِيًّا مَا يُصَدِّقُهُ مِنْ أُمَّتِهِ إِلاَّ رَجُلٌ وَاحِدٌ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Cənnətə girmək üçün şəfaət edəcək insanların birincisi mən olacağam. Peyğəmbərlər arasında mənim təsdiq edildiyim qədər təsdiq edilmiş heç bir peyğəmbər yoxdur. Peyğəmbərlər içində elə bir peyğəmbər olmuşdur ki, ümmətindən onu yalnız bir kişi təsdiq etmişdir”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Muslim, 506 (İman, 405)

Səhih Muslim — İman kitabı