Peyğəmbərin ﷺ ümməti üçün edəcəyi şəfaət duasını Qiyamətə saxlaması
حَدَّثَنِى يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى مَالِكُ بْنُ أَنَسٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لِكُلِّ نَبِىٍّ دَعْوَةٌ يَدْعُوهَا فَأُرِيدُ أَنْ أَخْتَبِئَ دَعْوَتِى شَفَاعَةً لأُمَّتِى يَوْمَ الْقِيَامَةِ ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hər peyğəmbərin (qəbul edilmiş) bir duası olmuşdur ki, o artıq bu dua ilə Allaha müraciət etmişdir. Mən isə duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamaq istəyirəm”.”
İstinad
Muslim, 508 (İman, 407)
Səhih Muslim — İman kitabı