İman kitabı

Peyğəmbərin ﷺ ümməti üçün dua etməsi və onların halına acıyaraq ağlaması

حَدَّثَنِى يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى الصَّدَفِىُّ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ أَنَّ بَكْرَ بْنَ سَوَادَةَ حَدَّثَهُ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جُبَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَلاَ قَوْلَ اللَّهِ عَزَّ وَجَلَّ فِى إِبْرَاهِيمَ {رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ فَمَنْ تَبِعَنِى فَإِنَّهُ مِنِّى} الآيَةَ. وَقَالَ عِيسَى عَلَيْهِ السَّلاَمُ {إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ} فَرَفَعَ يَدَيْهِ وَقَالَ « اللَّهُمَّ أُمَّتِى أُمَّتِى ». وَبَكَى فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ وَرَبُّكَ أَعْلَمُ فَسَلْهُ مَا يُبْكِيكَ فَأَتَاهُ جِبْرِيلُ - عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ - فَسَأَلَهُ فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَا قَالَ. وَهُوَ أَعْلَمُ. فَقَالَ اللَّهُ يَا جِبْرِيلُ اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ إِنَّا سَنُرْضِيكَ فِى أُمَّتِكَ وَلاَ نَسُوءُكَ.

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Allahın ﷿ İbrahim haqqında xəbər verdiyi: “Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən Bağışlayansan, Rəhmlisən” (İbrahim, 36) ayəsini, habelə İsanın ﵇: “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 118) dediyini oxuduqdan sonra əllərini göyə qaldırıb: “Allahım! Ümmətim, ümmətim!”, – dedi və ağladı. Onda Allah ﷿ buyurdu: “Ey Cəbrail! Muhəmmədin yanına get, ondan soruş ki: “Səni ağladan nədir?” (Halbuki Rəbbi onun nə cavab verəcəyini bilir). Cəbrail ﵇ onun yanına gəldi və ondan ağlamağının səbəbini soruşdu. Allah Elçisi ﷺ Cəbrailə ümmətinə görə ağladığını xəbər verdi. Onda Allah buyurdu: “Ey Cəbrail! Muhəmmədin yanına get, ona de ki: “Biz səni ümmətin xüsusunda mütləq razı salacağıq və səni kədərləndirməyəcəyik”.”

Abdullah ibn Amr ibn əl-As
Səhih

İstinad

Muslim, 520 (İman, 419)

Səhih Muslim — İman kitabı