İman kitabı

Uca Allahın: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) kəlamı

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا جَرِيرٌ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ مُوسَى بْنِ طَلْحَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لَمَّا أُنْزِلَتْ هَذِهِ الآيَةُ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} دَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُرَيْشًا فَاجْتَمَعُوا فَعَمَّ وَخَصَّ فَقَالَ « يَا بَنِى كَعْبِ بْنِ لُؤَىٍّ أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ يَا بَنِى مُرَّةَ بْنِ كَعْبٍ أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ يَا بَنِى عَبْدِ شَمْسٍ أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ يَا بَنِى عَبْدِ مَنَافٍ أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ يَا بَنِى هَاشِمٍ أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ يَا بَنِى عَبْدِ الْمُطَّلِبِ أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ يَا فَاطِمَةُ أَنْقِذِى نَفْسَكِ مِنَ النَّارِ فَإِنِّى لاَ أَمْلِكُ لَكُمْ مِنَ اللَّهِ شَيْئًا غَيْرَ أَنَّ لَكُمْ رَحِمًا سَأَبُلُّهَا بِبَلاَلِهَا ».

“Əbu Hureyra ﵁ demişdir: “Bu, “ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil edildiyi zaman Allah Elçisi ﷺ qureyşliləri çağırdı və onlar onun yanına toplandılar. Peyğəmbər ﷺ gah ümumiləşdirərək, gah da xüsusiləşdirərək belə buyurdu: “Ey Kəb ibn Luey oğulları! Canınızı oddan qurtarın! Ey Murra ibn Kəb oğulları! Canınızı oddan qurtarın! Ey Abduşəms oğulları! Canınızı oddan qurtarın! Ey Abdumənaf oğulları! Canınızı oddan qurtarın! Ey Haşim oğulları! Canınızı oddan qurtarın! Ey Abdul-Muttalib oğulları! Canınızı oddan qurtarın! Ey Fatimə! Canını oddan qurtar! Mən sizi Allahın əzabından qurtara bilməyəcəyəm. Sadəcə olaraq məni sizə bağlayan qohumluq əlaqələri var ki, mən bu əlaqələri qoruyub saxlayacağam”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 522 (İman, 421)

Səhih Muslim — İman kitabı