İman kitabı

Uca Allahın: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) kəlamı

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى ابْنُ الْمُسَيَّبِ وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ أُنْزِلَ عَلَيْهِ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} «يَا مَعْشَرَ قُرَيْشٍ اشْتَرُوا أَنْفُسَكُمْ مِنَ اللَّهِ لاَ أُغْنِى عَنْكُمْ مِنَ اللَّهِ شَيْئًا يَا بَنِى عَبْدِ الْمُطَّلِبِ لاَ أُغْنِى عَنْكُمْ مِنَ اللَّهِ شَيْئًا يَا عَبَّاسَ بْنَ عَبْدِ الْمُطَّلِبِ لاَ أُغْنِى عَنْكَ مِنَ اللَّهِ شَيْئًا يَا صَفِيَّةُ عَمَّةَ رَسُولِ اللَّهِ لاَ أُغْنِى عَنْكِ مِنَ اللَّهِ شَيْئًا يَا فَاطِمَةُ بِنْتَ رَسُولِ اللَّهِ سَلِينِى بِمَا شِئْتِ لاَ أُغْنِى عَنْكِ مِنَ اللَّهِ شَيْئًا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinə ﷺ: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil edildikdə o, qohum-əqrəbasını çağırıb buyurdu: “Ey qureyşlilər, canınızı Allahdan satın alın!” Mən sizi Allahın əzabından qurtara bilməyəcəyəm. Ey Abdul-Muttalib oğulları, mən sizi Allahın əzabından qurtara bilməyəcəyəm. Ey Abdul-Muttalibin oğlu Abbas, mən səni Allahın əzabından qurtara bilməyəcəyəm. Ey Peyğəmbərin bibisi Safiyyə, mən səni Allahın əzabından qurtara bilməyəcəyəm. Ey Allah Elçisinin qızı Fatimə, məndən nə istəyirsənsə, istə. Mən səni Allahın əzabından qurtara bilməyəcəyəm”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 525 (İman, 424)

Səhih Muslim — İman kitabı