İman kitabı

Uca Allahın: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) kəlamı

حَدَّثَنَا أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنَا التَّيْمِىُّ عَنْ أَبِى عُثْمَانَ عَنْ قَبِيصَةَ بْنِ الْمُخَارِقِ وَزُهَيْرِ بْنِ عَمْرٍو قَالاَ لَمَّا نَزَلَتْ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} قَالَ انْطَلَقَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى رَضْمَةٍ مِنْ جَبَلٍ فَعَلاَ أَعْلاَهَا حَجَرًا ثُمَّ نَادَى « يَا بَنِى عَبْدِ مَنَافَاهْ إِنِّى نَذِيرٌ إِنَّمَا مَثَلِى وَمَثَلُكُمْ كَمَثَلِ رَجُلٍ رَأَى الْعَدُوَّ فَانْطَلَقَ يَرْبَأُ أَهْلَهُ فَخَشِىَ أَنْ يَسْبِقُوهُ فَجَعَلَ يَهْتِفُ يَا صَبَاحَاهْ ».

“Rəvayət edilir ki, Qabisa ibn Muxariq və Zuheyr ibn Amr ﵀ demişlər: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqdan sonra Allahın Peyğəmbəri ﷺ dağdan qopub düşmüş daşların yanına gəldi. Sonra ən böyük daşın üstünə qalxdı və uca səslə çağırıb dedi: “Ey Abdumənaf oğulları! Mən sizi əzabla qorxudan bir peyğəmbərəm! Mənimlə sizin misalınız, düşməni görüb qövmünü qorumaq üçün düşmənə göz qoyan və düşmənin onu qabaqlayacağından ehtiyat edib uca səslə qövmünü səsləyib: “Haydı, canınızı qurtarın!” deyən kimsənin misalına bənzəyir”.”

Qabisa ibn Muxariq və Zuheyr ibn Amr
Səhih

İstinad

Muslim, 527 (İman, 426)

Səhih Muslim — İman kitabı