İman kitabı

Uca Allahın: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) kəlamı

وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الأَعْمَشِ عَنْ عَمْرِو بْنِ مُرَّةَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} وَرَهْطَكَ مِنْهُمُ الْمُخْلَصِينَ. خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى صَعِدَ الصَّفَا فَهَتَفَ « يَا صَبَاحَاهْ ». فَقَالُوا مَنْ هَذَا الَّذِى يَهْتِفُ قَالُوا مُحَمَّدٌ. فَاجْتَمَعُوا إِلَيْهِ فَقَالَ « يَا بَنِى فُلاَنٍ يَا بَنِى فُلاَنٍ يَا بَنِى فُلاَنٍ يَا بَنِى عَبْدِ مَنَافٍ يَا بَنِى عَبْدِ الْمُطَّلِبِ » فَاجْتَمَعُوا إِلَيْهِ فَقَالَ « أَرَأَيْتَكُمْ لَوْ أَخْبَرْتُكُمْ أَنَّ خَيْلاً تَخْرُجُ بِسَفْحِ هَذَا الْجَبَلِ أَكُنْتُمْ مُصَدِّقِىَّ ». قَالُوا مَا جَرَّبْنَا عَلَيْكَ كَذِبًا. قَالَ « فَإِنِّى نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَىْ عَذَابٍ شَدِيدٍ ». قَالَ فَقَالَ أَبُو لَهَبٍ تَبًّا لَكَ أَمَا جَمَعْتَنَا إِلاَّ لِهَذَا ثُمَّ قَامَ فَنَزَلَتْ هَذِهِ السُّورَةُ تَبَّتْ يَدَا أَبِى لَهَبٍ وَقَدْ تَبَّ. كَذَا قَرَأَ الأَعْمَشُ إِلَى آخِرِ السُّورَةِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bu: “Ən yaxın qohumlarını – içərilərindən ən səmimi olanlarını, – qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ evindən çıxdı. Gəlib Səfa dağına qalxdı və: “Haydı, canınızı qurtarın!”, – deyə qureyşliləri səsləməyə başladı. Bəziləri: “Bu qışqıran kimdir?”, – deyə soruşdular. Digərləri: “Muhəmməddir”, – dedilər və onun yanına toplanmağa başladılar. Allah Elçisi ﷺ buyurdu: “Ey filankəs oğulları! Ey filankəs oğulları! Ey filankəs oğulları! Ey Abdumənaf oğulları! Ey Abdul-Muttalib oğulları!” Hamısı onun yanına toplandıqda Allah Elçisi ﷺ buyurdu: “Deyin görək, əgər mən sizə bu dağın ətəyindən bir dəstə atlının çıxıb üstünüzə hücum edəcəyini xəbər versəm, mənə inanarsınızmı?” Onlar: “Biz səndən yalan eşitməmişik”, – deyə cavab verdilər. Allah Elçisi ﷺ buyurdu: “Mən sizi gələcək şiddətli əzabla qorxudan bir peyğəmbərəm”. Əbu Ləhəb dedi: “Ölüm olsun sənə! Bizi buna görəmi yığmısan?” Elə bu səbəbdən də bu surə nazil oldu: “Əbu Ləhəbin əlləri qurusun, artıq qurudu da!” (əl-Məsəd, 1)”. Ravi Aməş bu surəni bu qiraətlə axıra kimi oxudu.”

İbn Abbas
Səhih

İstinad

Muslim, 529 (İman, 428)

Səhih Muslim — İman kitabı